Sürücünü elektrik cərəyanı öldürdü
Qəzalar
13 Fevral 2015 18:15

Faktla bağlı araşdırma aparılır
Avtosfer.az xəbər verir ki, Şəki rayonunda sürücünü elektrik cərəyanı vurub. Şəki Şəhər-Rayon Polis Şöbəsindən apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolundan Şəki şəhərinə gedən avtomobil yolunun kənarında baş verib. Şəki rayonunun Cəfərabad kənd sakini, 1961-ci il təvəllüdlü Nəzir Bəxtiyar oğlu Məmmədov idarə etdiyi qaldırıcı kranla ərazidəki yardımçı tikilidə iş görən zaman kranın qurğusu ərazidən keçən yüksək gərginlikli elektrik naqillərinə dəyib. Nəticədə Nəzir Məmmədovu elektrik cərəyanı vurub. Nəzir Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1821
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
ŞƏRH YAZ












