Tanker qəzası nəticəsində 80-dən çox tələf olmuş delfin tapıldı

Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısı nəticəsində tələf olan delfinlərin sayı 84-ə çatıb.
Avtosfer.Az xəbər verir ki, bu barədə "İnterfaks"a "Delfa" Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib.
Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.
"Hələlik gələcəkdə nə qədər delfinin tələf olacağını proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantların immuniteti əhəmiyyətli dərəcədə azaltması və bunun müxtəlif xəstəliklərə yol açması mümkün bilər", - deyə T. Beley əlavə edib.
Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan "Volqaneft 212" və "Volqaneft 239" tankerləri qəzaya uğrayıb. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.(oxu.az)
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO












