Təyyarəni ildırım vurdu

Rusiya paytaxtına uçuş həyata keçirən təyyarəni ildırım vurub. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, Çita – Moskva reysini həyata keçirən "Boinq 737" təyyarəsi "Şeremetyevo" aeroportunda ildırıma düşüb. Hadisə hava gəmisi aeroporta enərkən baş verib.
İldırım düşməsinə baxmayaraq təyyarə müvəffəqiyyətlə eniş edib. Sərnişinlər və ekipaj üzvlərindən heç birinə zərər dəyməyib. Uçuşdan sonraki müayinə zamanı təyyarənin siqnal ötürücüsündə nasazlıq olduğu məlum olub. Mütəxəssislər bildirib ki, hadisə təyyarənin uçuş qabiliyyətlərinə zərər vurmayıb. Buna görə də təyyarə adi qaydada reysləri yerinə yetirməyə davam edib. Qeyd edək ki, təyyarəyə ildırım düşməsi nadir hadisə deyil. Uçuşlar zamanı belə hadisələr baş verir. Ancaq ildırım düşməsi təhlükəli hadisədir. Belə ki, bu zaman ağır qəzalar baş verə bilər.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












