Toydan qayıdan ailə qəzaya düşüb: 3 yaralı

Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə oktyabr ayının 22-si gecə saat 23:30 rədələrində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Qımır kənd sakini Fikrət Mahmudov idarə etdiyi “VAZ -21014” markalı 62 BG 498 dövlət nömrə nişanlı avtomobillə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını öncə yolun sağ hissəsindəki işıq dirəyinə çırpıb. Daha sonra maşın hadisə baş verən yerdən 60-70 metr irəlidəki avtobus dayanacağına çırpılıb.
Baş vermiş qəzada sürücü xəsarət almasada, avtomobildə olan sərnişinlər, Qımır kənd sakinləri -1971-ci il təvəllüdlü, Arzu Qüdrət qızı Mahmudova, 1991-ci il təvəllüdlü, Sahibə Ələkbər qızı Mahmudova və 1995-ci il təvəllüdlü, Şəhriyar Fikrət oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Zaqatala RMX-dan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralıların hazırda vəziyyəti orta-ağır qiymətləndirilir, müalicələri xəstəxanada davam etdirilir. Məlumatda bildirilir ki, qəzaya düşən şəxslər bir ailənin üzvüləridi. Onlar Zaqatala rayon mərkəzində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy məclisindən çıxıb yaşadıqları Qımır kəndinə evə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















