Ucarda ata və oğulun avtomobilləri toqquşdu, ata öldü, oğul ağır xəsarət aldı - FOTO - YENİLƏNİB

Bu gün Ucarda baş verən qəzada xəsarət alan Tahir Əhədov Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə oğlu, 1984-cü il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq Tahir Əhədov həyatını itirib.
***
Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.
Hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə oğlu, 1984-ci il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin tibbi yardım göstərildikdən sonra Tahir Əhədov Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanaların birinə göndərilməsi planlaşdırılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















