Ukraynada yol qəzasında 12 əsgər həlak oldu

Ukraynanın cənubi-şərqində bazar ertəsi, yanvar ayının 5-də hərbi avtomobil “KrAz” və “Boqdan” avtobusu toqquşub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza Ukrayna Milli qvardiyasının hərbçilərinin və könüllülərin rotasiyası zamanı, Donetsk vilayətinin Artemvsk ərazisində baş verib. Bu barədə ölkənin DİN-in saytında məlumat yayılıb. Milli qvardiyanın məlumatına görə, yol-nəqliyyat hadisəsində 12 nəfər həlak olub, 18 nəfər zərərçəkən var. Ukraynanın Donetsk vilayəti üzrə DİN Dİ-nin saytında qeyd olunub ki, ATƏ (antiterror əməliyyatları) zonasında baş verən qəzanın 12 nəfər qurbanı olub, 22 nəfər isə yaralanıb. Zərərçəkənlər Artemvskdakı xəstəxanaya çatdırılıb, sonradan onların Xarkova və Ukraynanın digər tibb müəssisələrinə təxliyyəsi nəzərdə tutulub. Hromadske.tv telekanalının məlumatına görə, həlak olanlar arasında Kulçiski adına Milli qvardiyanın döyüşçüləri var. Bu xəbər rəsmi olaraq təsdiq edilməyib.
“Hadisə yerində hərbi prokurorluq, DAM (Dövlət Avtomobil Müfəttişliyi) işçiləri, Ukrayna DİN-in əməliyyat-istintaq qrupu və Ukrayna Milli qvardiyasının komandanlığından ibarət komissiya işləyir”, DİN-in məlumatında deyilir.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










