Ümrə ziyarətindən qayıdan mühəndis faciəli şəkildə öldü - FOTO

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdıbmış.
Altı övlad atası olan A.Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb.
O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən "TVM İnşaat" MMC-də sahə rəisi - mühəndis vəzifəsində çalışırmış. Mərhum Ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında "Kia Sorento" markalı şəxsi avtomobili ilə iş yerinə - Kəlbəcərə yola düşüb.

Onun ölümünə səbəb olan qəza rayonun Qılınclı kəndində baş verib. A.Zeynalovun idarə etdiyi avtomobil "Cengiz İnşaat" şirkətində sürücü işləyən, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 1989-cu il təvəllüdlü Röyal Məmmədovun sükanı arxasında olduğu "Howo" markalı betonqarışdıran maşınla toqquşub. Nəticədə A.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
O, öz vəsiyyətinə uyğun olaraq, aprelin 24-də Laçının Zağaltı kəndində dəfn olunub.
Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov isə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Azad Zeynalov uzun illər SOCAR-da işləyib. Daha sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanında çalışıb. Onun həyat yoldaşı 1992-ci ildə faciəvi şəkildə - güllə yarasından dünyasını dəyişib.

Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ










