Vurduğu uşağı xəstəxanaya aparan sürücü daha bir qəza törətdi

Mingəçevir şəhərində sürücü bir gündə iki dəfə avtomobil qəzası törədib, ölən və xəsarət alanlar var. Hər iki hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini Əhmədov Şaiq Həmid oğlu idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən 10 yaşlı piyada Rəsulov Rəsul Zaur oğlunu vurub. Yaralıya ilk yardımı göstərən də avtomobilin sürücüsü olub. Şaiq Əhmədov ağır bədən xəsarətləri alan məktəbli uşağı maşına qoyaraq xəstəxanaya tez çatdırmaq istəyərkən avtomobili yenə də sürətlə idarə edib və hadisə yerindən 400 metr aralıda maşını qarşı tərəfdən gələn Əsgərov Yolçu Rüstəm oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşına çırpıb.
Bu avtoqəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şaiq Əhmədov yaralı uşağı tez bir zamanda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdıra bilib. Amma həkimlərin səyinə baxmayaraq, 4-cü sinif şagirdi Rəsul Rəsulovun həyatını xilas etmək mümkün olmayıb. Toqquşma zamanı “VAZ-2107”nin sürücüsü Yolçu Əsgərov da xəsarət alıb. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır/apa/.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












