Xaçmazda 2 maşın toqquşdu: 3 yaralı

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 17-ci km-də, magistralın Qusarçay kəndi ərazisində keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Ceyhun Mehdi oğlunun idarə etdiyi 27 BK 580 dövlət nömrə nişanlı “Ford” markalı avtomaşınla Xaçmaz rayonu, Xəzərli kənd sakini 1967-ci il təvəllüdlü Museyibov Rəşad Şahin oğlunun idarə etdiyi 27 BD 003 dövlət qeydiyyatlı “VAZ 2106” markalı avtomaşın toqquşub.
Qəza nəticəsində hər iki maşının sürücüsü və “Ford”da olan sərnişin, Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Qəribov Qərib Əmirşah oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib. Q.Qəribov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. R.Museyibova baş-beynin silkələnməsi, sağ bud canaq oynağının çıxışı, C.Mehdiyevə isə sağ əlin və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Digər hər iki şəxsin müalicəsi Xaçmaz MRX-da davam etdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
















