Xaçmazda minik avtomobili aşıb, yaralananlar var - FOTO
Qəzalar
4 May 2025 19:47

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

.jpeg)
Oxunub : 1140
DİGƏR XƏBƏRLƏR
1 Oktyabr 2026 09:00
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
30 Sentyabr 2026 19:59
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
30 Sentyabr 2026 18:00
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
30 Sentyabr 2026 13:30
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
30 Sentyabr 2026 11:53
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
30 Sentyabr 2026 11:48
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
30 Sentyabr 2026 10:48
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
29 Sentyabr 2026 16:00
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
29 Sentyabr 2026 09:41
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
28 Sentyabr 2026 18:12
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
28 Sentyabr 2026 15:46
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 15:39
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
ŞƏRH YAZ












