Yanacaqdaşıyan maşın «010»u bu hala saldı - FOTOLAR

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə sentyabrın 10-da günorta saatlarında Ələt-Astara magistralının 303-cü kilometrliyində, yolun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Liman şəhər sakini Elçin Mustafayevin idarə etdiyi yanacaq daşıyan “ZİL” markalı, 42 BX 978 dövlət nömrə nişanlı maşın idarəetməni itirərək yolun solunda dayanmış, rayonun Şağlakücə kənd sakini Şahin Məmmədova məxsus “VAZ-21010” markalı, 42 BH 112 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. Xəsarət alan olmasa da, “VAZ-21010” markalı avtomobilə ciddi ziyan dəyib. Qəza baş verən vaxt yük maşınında yanacağın olmaması isə hadisənin fəsadsız ötüşməyinə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














