Yaponiyada "yoldan keçən iblis"ə ölüm cəzası

Yaponiya Ali Məhkəməsi 2008-ci ildə Tokioda 7 nəfəri öldürən və 10 insana xəsarət yetirən Tomohiro Katoya ölüm cəzası kəsib. Avtosfer.az ria novosti-yə istinadən xəbər verir ki, 2008-ci ilin iyununda paytaxtın Akihabara küçəsində baş vermiş bu dəhşətli cinayəti törədən cani əvvəlcə yük avtomobilini adamların üzərinə sürərək yolu bağlayıb. Daha sonra maşından düşərək əlindəki bıçaqla yoldan keçən adamlara zərbələr endirməyə başlayıb. Polis tərəfindən yaxalanan 26 yaşlı T.Kato Sidzuoka prefekturasından xüsusi olaraq kimisə öldürmək üçün Tokioya gəldiyini bəyan edib. Bunun səbəbinin isə həyata marağının itməsi olduğunu bildirib.
Elektron və məişət texnikası mağazalarının cəmləşdiyi Akihabarada istirahət günləri maşınların girişinə icazə verilmir. Nəticədə küçədə əsasən piyadalar olur. Cinayətkar daha çox adam öldürmək üçün məhz bundan istifadə edib. 2011-ci ilin martında Tokio dairə məhkəməsi T.Kato barəsində ölüm hökmü çıxarıb. Sonradan vəkillər hökmdən şikayət versələr də, Ali Məhkəmə ölüm cəzasını təsdiqləyib. Yaponiyada bu tip cinayətləri "yoldan keçən iblis" cinayətləri adlandırırlar. Belə ki, bu zaman cinayətkar qurbanını seçmədən mümkün qədər daha çox adamı öldürməyə və xəsarət yetirməyə çalışır. Buna baxmayaraq, Akihabaradakı insident belə cinayət işləri arasında son on ilin ən qanlı hadisəsi hesab edilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO













