Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Avtosfer.az-ın xəbərinə görə, hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü Zeynalov İlqar Əhmədağa oğlu idarə etdiyi "UAZ” markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Zeynallı Seymur Elxan oğlu və Zeynallı İsmət Etibar oğlu xəsarətlər alıb. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Report
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












