Yas mərasiminə gedən avtobus aşıb: xeyli yaralı var

Qaxda sərnişin avtobusu ilə minik maşını toqquşub, 5 nəfər xəsarət alıb. Hadisə Qax rayonu Turaclı kəndi ərazisində baş verib. Nəticədə 1949-cu il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakini Məmməd Kərim oğlu Əmrahovun idarə etdiyi “LAZ” markalı 02 BC 942 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Qax rayonu Turaclı kəndi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn avtomobilin yoluna çıxması səbəbindən qarşıdan gələn 1979-cu il təvəllüdlü, Mingəçevir şəhər sakini Zaur Firuz oğlu Məmmədovun idarə etdiyi “VAZ 21015” markalı 46 BG 615 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.
Toqquşmadan sonra sərnişin avtobusu aşıb, minik maşını isə deformasiyaya uğrayıb. Baş vermiş qəza nəticəsində “VAZ-21015” markalı maşının sürücüsü Zaur Məmmədov, onun sərnişinləri, 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Elnar Şeyx oğlu Rəcəbov və 1977-ci il təvəllüdlü, Qax rayonu Zəyəm kəndində anadan olan və hazırda Mingəçevir şəhərində yaşayan Fərqan Aydın oğlu Əmranov və sərnişin avtobusunda olan sərnişinlərdən, 1950-ci il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakini Ceyran Süleyman qızı Ağasıyeva və 1959-cu il təvəllüdlü Şəki rayonu Baş Göynük kənd sakini Sevda Cəfər qızı Əmrahova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Qax RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Fərqan Əmranov, Zaur Məmmədov və Elnar Rəcəbov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-ağır hesab olunur. Ceyran Ağasıyeva və Sevda Əmrahovanın xəsarəti yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı Qax rayon polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
Qəza törədən sərnişin avtobusunda 15 nəfərə yaxın sərnişin olub, onlar Şəkinin Baş Göynük kəndindən Qax rayonunun Turaclı kəndinə hüzur mərasiminə gedirlərmiş.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















