Yasamalda dörd avtomobil toqquşub - FOTOLAR

Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, Şərifzadə küçəsində dörd avtomobil toqquşub. Qəzaya kabel televiziyalarından birinə məxsus VAZ-2104 markalı 90 NG 127 dövlət nömrə nişanlı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Nəticədə hərəkətdə olan "Hyundai" markalı 90 VT 478 dövlət nömrə nişanlı maşın VAZ-2104-lə toqquşub. Bundan sonra "Hyundai"nin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarında dayanmış "Volkswagen" markalı 90 XZ 255 dövlət nömrə nişanlı maşına çırpılıb, o isə qarşısında dayanan "Mercedes" markalı 10 MM 628 dövlət nömrə nişanlı mikroavtobusa dəyib. Qəza zamanı daha çox ziyan görən "Volkswagen" markalı avtomobilin içərisində adamlar olsa da, onlardan heç biri xəsarət almayıb. Digər toqquşan maşınların sürücüləri arasında da xəsarət alan yoxdur. Faktla bağlı Yasamal rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















