Yasamalda iki avtomobil toqquşub

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şamil Əzizbəyov küçəsində qeydə alınıb. Sürücüsü Əliağa Ağayev olan “Chevrolet” markalı minik maşını ilə Əvəz Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. “Chevrolet”i bu toqquşma da dayandırmayıb və o, daha sonra yol kənarındakı dəmir çəpərə çırpılıb. Avtoqəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Məlumatı əldə edən yol patrul xidmətinin müfəttişləri hadisə yerinə cəlb olunub və müayinələr aparılıb. İlkin ehtimala görə, yol qəzası Şevrole markalı avtomobilin iki yolun kəsişməsində Mersedes markalı minik maşınının yoluna çıxması səbəbindən meydana gəlib. Bu hələlik əldə olunan yeganə versiya olduğu üçün qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












