Yazıq sürücülər - VİDEO

Fermadan qaçan emu ortalığı bir-birinə qatdı. Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, İsrailin sahil şəhəri Herzliyada avtomobil sürücüləri qəribə mənzərə ilə qarşılaşıb. Maşın yoluna çıxan emu avtomobillərin arası ilə kortəbii şəkildə qaçaraq sürücülərə çətin anlar yaşadıb. Avtomobillərin arasında gah sağa gah da sola qaçan emunun çıxardığı oyun həvəskar kameradan lentə alınıb. Sürücülərin təəccüblü baxışları arasında marafona davam edən dünyanın ən böyük ikinci quşu əraziyə cəlb olunan polislərin və heyvanxana işçilərinin işini bir az da çətinləşdirib. Məlum olub ki, saatda 50 km sürət toplayan emu sakinlərdən birinin şəxsi fermasından qaçıb. Nəhayət ticarət mərkəzlərindən birinin işçiləri emunu yaxalayaraq sahibinə təhvil veriblər. Qeyd edək ki, hündürlüyü 2 metrə çatan emular boylarına görə sadəcə dəvəquşudan geri qalır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












