Yevlaxda 2 ardıcıl qəza

Yevlax şəhəri, Heydər Əliyev prospektində 2 ardıcıl avtomobil qəzası baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, həmin prospektdə hərəkətdə olan Yevlax şəhər sakini, Şahin Vaqif oğlu Rzazadənin idarə etdiyi “OPEL” markalı avtomobil ilə əks istiqamətdən gələn, Ağdam rayon sakini Namiq Əhəd oğlu Abdullayevin idarə etdiyi “VAZ 21 099” markalı avtomobil toqquşub. Bu hadisənin ardınca Yevlax şəhər sakini Seymur Yusif oğlu Hüseynovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə eyni istiqamətdə hərəkətdə olan, Yevlax rayon Səmədabad kənd sakini Samir Sahib oğlu Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Bu hadisəyə “VAZ 21 06”-nın sürücüsünün hərəkətdə olarkən manevr etmə qaydasını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir. Qəzalar zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












