Yol qəzaları nəticəsində ölən hər altı nəfərdən biri velosipedçidir - STATİSTİKA

Ötən il Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 16 faizi, yəni, ölən hər altı nəfərdən biri velosipedçilər olub. İl ərzində 441 velosipedçi qəzalarda həyatını itirib. Xüsusilə yaşlı insanlar və e-bike istifadəçiləri tez-tez qəzaların qurbanı olurlar.
Avtosfer.az xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin yol-nəqliyyat hadisələri ilə bağlı məlumatında qeyd edilib.
Statistikaya əsasən, velosiped sürənlər üçün ən böyük təhlükə avtomobillərdir. Belə ki, 92 min 882 nəfərin xəsarət aldığı velosiped qəzalarının 70,7 faizi avtomobillərlə toqquşmalar nəticəsində baş verib. Həmin qəzaların 75,3 faizinə avtomobil sürücüləri səbəb olub. Qəzalarda ölənlərin 43,5 faizi (192 nəfər) elektrikli velosiped sürənlər, üçdə ikisi 65-dən yuxarı yaş qrupuna aiddir.
Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin ümumi sayı azalaraq 2024-cü ildə 2 min 759 nəfər olub. Bu, 2014-cü illə müqayisədə 18,3 faiz azdır. Buna baxmayaraq, ölümlə nəticələnən velosiped qəzalarının sayı on il əvvəlkindən 11,4 faiz çox olub.
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO












