Yol qəzasında ağır yaralanan şəxs öldü

Zaqatalada üç gün əvvəl baş verən yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 1962-ci il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Çardaqlar kənd sakini Əlixan İbrahimxəlil oğlu Əhmədov aldığı ağır bədən xəsarətlərindən oktyabrın 11-də 22:30 rədələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsində ölüb.
Qeyd edək ki, Əlixan Əhmədov oktyabrın 8-də gecə saat 04:00 rədələrində idarə etdiyi “VAZ 2106” markalı, 90 BM 746 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpmişdı. Qəzadan sonra ağır bədən xəsarətləri alan Əlixan Əhmədovun müalicəsi Zaqatala RMX-nın reanimasiya şöbəsində aparılırdı. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












