Yol terroru dünən 3 can aldı

Yol - nəqliyyat hadisəsi dünən üç nəfərin həyatına son qoyub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 15 martda Siyəzən, Mingəçevir və Ağdam rayonunun Əhmədağalı kəndində ölümlə nəticələnən avtomobil qəzaları baş verib. Siyəzən rayonunun Gilgilçay qəsəbəsində Şabran rayon sakini Etibar Zülfüqarovun idarə etdiyi “KamAZ” və Quba rayon sakini Elton Bədəlovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə E.Zülfüqarov hadisə yerində ölüb. Mingəçevir şəhərində şəhər sakini Allahverdi Abbasov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yol ayırıcısına vurmuş və nəticədə hadisə yerində ölüb. Ağdam rayonunun Əhmədağalı kəndində rayon sakini Aqil Quliyev idarə etdiyi “OKA” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
Hüquq mühafizə orqanları hər 3 hadisə ilə bağlı araşdırma aparır.
Nurlan
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












