Yük maşını 2 avtomobilə çırpıldı: 4 yaralı
Qəzalar
14 May 2014 17:44

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. "Qazel" markalı su daşıyan yük maşını “Niva” markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan yük maşını daha sonra yol kənarında dayanan “VAZ-2106” markalı avtomobilə dəydikdən sonra ağaca çırpılıb. Baş vermiş avtoqəzada 4 nəfər - 27 yaşlı Mətləb Abbasov, 26 yaşlı Hafiz Rəhimov 32 yaşlı İlqar Həsənov və onun qardaşı 27 yaşlı İntiqam müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Oxunub : 2172
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












