Yük maşınının altında qaldı, amma... - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, İzləyənləri dəhşətə gətirən olay Çinin Çjetsyan vilayətində baş verib. Müşahidə kameralarından anbaan lentə alınan qəzada, yolu keçməyə çalışarkən bir anda nəqliyyat vasitəsinin altında qalan sakinin imdadına yoldan keçən piyadalar çatıb.
Yol kəsişmələrinin birində bir motosiklet sürücüsü yolu keçərkən, çarpaz istiqamətdən yüksək sürətlə irəliləyən yük maşını qəza törədib. Yük maşınının sürücüsü kəskin dönüşlə, qarşıdakı motosikletən yayınmaq istəsə də, bu vəziyyəti daha da pisləşdirib. Nəzarətdən çıxan yük maşını birbaşa motosiklet sürücüsünün üstünə aşıb.
Dərhal köməyə qaçan sakinlər, 2 dəqiqə ərzində yük maşınını qaldırmağa müvəffəq olub. Çoxları motosikletçinin öldüyünü düşünsə də, o ağır texnikanın altından sağ çıxıb. Xəstəxanaya çatdırılan çinlinin ağır bədən xəsarətləri aldığı, bununla belə, həyati təhlükəsinin olmadığı bildirilir. Qəzanın hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir. Müşahidə kamerasına düşən görüntülər isə, dəhşətli olayın sürücü məsuliyyətsizliyindən qaynaqlandığına işarə vurur.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












