Yuxulu sürücü qəza törətdi, bir ailədən 4 nəfər yaralandı

Bakı-Qazax yolunda baş verən yol qəzasında bir ailənin 4 üzvü ağır xəsarətlər alıb. Ötən axşam Bakı-Qazax yolunun 103-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində 29 yaşlı Teymurov Elçin Nüsrət oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə minik maşınında olan bir ailənin üzvləri - 22 yaşlı Kərimova Günay Nüsrət qızı qapalı kəllə-beyn travması və alt çənə sümüyünün sınığı, 24 yaşlı Teymurova Elnurə Ramiz qızı qapalı kəllə-beyin travması diaqnozları ilə Şirvan mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə, 30 yaşlı Həsənova Aygün Nüsrət qızı isə kəllə-beyn travması diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Sürücüyə ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Xəsarətləri nisbətən ağır olan Günay Kərimova sonradan Bakıdakı travmatologiya mərkəzinə aparılıb. APA TV-nin xəbərinə görə, qəzanın baş verməsinə sürücünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilir. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












