Zabratda iki "06" toqquşdu: 1 ölü, 1 yaralı - VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Kürdəxanı-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 10 KB 934 dövlət nömrə-nişanlı "VAZ 2106" markalı avtomobil əks istiqamətdə hərəkət edən eyni markalı 33 BC 033 nömrə-nişanlı avtomobillə toqquşub . Zərbənin gücündən 33 BC 033 nömrə-nişanlı avtomobil yolun digər tərəfinə keçib. Avtomobilin hələlik kimliyi dəqiqləşdirilməyən sürücüsü ölüb. Deformasiyaya uğramış avtomobildə sxılmış vəziyyətdə qalmış sürücünün cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər avtomobilin sürücüsü isə xəstəxanaya aparılıb. Hadisənin səbəbi aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. İlkin versiyaya görə, hadisəyə səbəb hər iki avtomobilin yüksək sürətlə idarə olunmasıdır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












