Zaqatalada ağır yol qəzası: 3 ölü, 2 yaralı

Zaqatalada baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 3 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası fevralın 7-də, gecə saat 23:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mersedes” markalı, 10 TT 576 dövlət nömrə nişanlı minik avtomobili Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun sağ kənarındakı ağaca çırpılıb. Daha sonra avtomobil yolun kənarına aşıb.
Ağır qəza nəticəsində avtomobildə olan sərnişinlərdən hələ ki adları məlum olmayan 3 nəfər ölüb. Daha iki nəfər - 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Yuxarı Tala kənd sakini İlkin Ömər oğlu Ömərov və 1993-cü il təvəllüdlü, Zaqatala şəhər sakini Fərid Ömər oğlu Səfərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.
Zaqatala RMX-dan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan İlkin Ömərovun vəziyyəti ağır, Fərid Səfərovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












