Zaqatalada avtomobili ağaca çırpılıb

Zaqatalada minik avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb.
Avtosfer.az xəbər verirki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. 1979-cu il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbə sakini Taleh Musa oğlu Balabeyev idarə etdiyi "Lada 21214" markalı 62 BJ 522 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonundan Zaqatala istiqamətində hərəkətdə olarkən, idarəetməni itrib. Bundan sonra maşın yolunun kənarındakı ağaca çırpılıb. Qəza zamanı xəsarət alan sürücü T. Balabeyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması dioqnozu qoyulub. T. Balabeyevin xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda AĞIR QƏZA: Traktor ikiyə bölündü - VİDEO
Gəncədə “Mitsubishi” qarşıdan gələn “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR












