Zaqatalada qəza

Avtosfer.az "kanals"-ə istinadən xəbər verir ki, fevralın 10-u axşam saatlarında Zaqatalada yol qəzası olub. Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində 42 yaşlı, Balakən rayon Qabaqçöl kənd sakini Mehman Qafarov idarə etdiyi minik avtomobili ilə Zaqatala istiqamətində hərəkətdə olarkən qarşısında gedən at arabasını vurub. At arabasında olan 53 yaşlı, Zaqatala rayon Mosul kənd sakini Nurməhəmməd Əhmədov zərbənin gücündən müxtəlif bədən xəsarətləri alıb. Avtomobil isə at arabasını vurduqdan sonra təxminən 20-30 metr irəliləyərək işıq dirəyini aşırıb. Qəzada avtomobilin sürücüsü yüngül xəsarət alsa da, at arabasının sahibi Nurməhəmməd Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Qəzada at tələf olub. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












