Zaqatalada qəza: yaralananlar var

Avtosfer.az xəbər verir ki, Zaqatala baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Zaqatala Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə fevralın 10-da axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Tala kənd sakini, 1954-cü il təvəllüdlü Nəsrullah Soltan oğlu Osmanovun idarə etdiyi “VAZ-2106” markalı 62 BG 461 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhər sakini Qalib İbrahim oğlu Xəlilovun idarə etdiyi “VAZ-21099” markalı 62 BH 817 dövlət nömrə nişanlı avtomobil Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Nəsrullah Osmanov və digər avtomobildə olan sərnişin, rayonun Donbabinə kənd sakini, 1990-cı il təvəllüdlü Gülxar Həsən qızı Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Zaqatala MRX-dan verilən məlumata görə, yaralılardan Gülxar Xəlilovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində, Nəsrullah Osmanovun müalicəsi isə cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










