Zaqatalada qəza - YENİLƏNİB - VİDEO

Avtosfer.az xəbər verir ki, Zaqatala baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Zaqatala Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə fevralın 10-da axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Tala kənd sakini, 1954-cü il təvəllüdlü Nəsrullah Soltan oğlu Osmanovun idarə etdiyi “VAZ-2106” markalı 62 BG 461 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhər sakini Qalib İbrahim oğlu Xəlilovun idarə etdiyi “VAZ-21099” markalı 62 BH 817 dövlət nömrə nişanlı avtomobil Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Nəsrullah Osmanov və digər avtomobildə olan sərnişin, rayonun Donbabinə kənd sakini, 1990-cı il təvəllüdlü Gülxar Həsən qızı Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Gülxar Xəlilovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində, Nəsrullah Osmanovun müalicəsi isə cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












