Zaqatalada yol qəzası: 1 yaralı - FOTO

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. 1987-ci il təvəllüdlü, Zaqatala rayonu Mamrıx kənd sakini Mübarək Nəriman oğlu Şabanov idarə etdiyi “VAZ 21014” markalı, 62 BF 256 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən, 1969-cu il təvəllüdlü Qax rayon sakini Yaşar Ramiz oğlu Paşayevin idarə etdiyi “Sprinter” markalı 99 GU 634 dövlət nömrə nişanlı xırda tutumlu yük maşınını arxadan vurub. Qəzadan sonra Yaşar Paşayevin idarə etdiyi yük maşını yolun kənarına aşıb. Mübarək Şabanovun idarə etdiyi minik avtomobili isə yolun kənarındakı kolluğa girib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət almasa da, minik avtomobilinin sürücüsü Mübarək Şabanov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, yol qəzası nəticəsində xəstəxanaya daxil olan Mübarək Şabanova qapalı kəllə-beyn travması və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO













