Zaqataladakı müəmmalı qəza ilə bağlı DYP-dən AÇIQLAMA - VİDEO

Zaqatala şəhərində qəzaya düşən sürücünün iddialarına Baş Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirdi. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, "Renault Megane" markalı avtomobilin sürücüsünün iddia elədiyi kimi o, baş yolda, digər sürücü isə ikinci dərəcəli yolda olmayıb.
Qeyd edim ki, sözügedən küçələrin heç birində üstünlük nişanları yoxdur. Sürücü bildirir ki, "Mercedes"in hərəkət etdiyi yolda əvvəllər stop nişanı olub. Lakin araşdırmalarımız nəticəsində məlum olub ki, yaxın iki il ərzində orada heç bir nişan olmayıb. Ona görə də hər iki sürücü eyni əhəmiyyətli yolda hərəkət etmiş sayılır. Yol hərəkəti haqqında" qanuna görə eyni əhəmiyyətli yolların kəsişməsində sağdan gələn nəqliyyat vasitəsi üstünlüyə malikdir. Burada da "Renault" markalı avtomobil sağ tərəfdən yaxınlaşan "Mercedes"ə yol vermədiyi üçün qəza baş verib. Nəticədə onun barəsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə inzibati protokol tərtib olunub.
Təbriz
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












