Zəncirvari qəza törədən avtomobil qaz xəttinə çırpılıb - VİDEO

Ötən gecə Nərimanov rayonunda zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Kimliyi məlum olmayan “Hyundai Sonata” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Sürət yüksək olduğu üçün idarəetməni itirən sürücü maşını əvvəlcə “Kia” markalı avtomobilə, daha sonra "Mercedes"ə çırpıb. "Mercedes" də qarşısında dayanan "Niva" markalı avtomobilə arxadan dəyib. Sükana sahib ola bilməyən "Hyundai"ın sürücüsü avtomobili daha sonra yaşayış binasının qarşısında olan qaz xəttinə çırpıb. Baş verən qəzada "Hyundai"ın sürücüsü xəsarət alıb. Qaz xəttində yaranan problemi aradan qaldırmaq üçün hadisə yerinə "Azəriqaz"ın əməkdaşları cəlb olunub. Yararsız vəziyyətə düşmüş avtomobillər ərazidən uzaqlaşdırılıb. Qəzanı törədən sürücüyə hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları ilkin yardım göstərib. Daha sonra o, izahatı alınması üçün Nərimanov Rayon Polis İdarəsinə aparılıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO




















