Zərdabda ağır qəza: 4 yaralı

Zərdabda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:30 radələrində Ucar-Zərdab magistral yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb. “Niva” markalı avtomobil ilə “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə Zərdab rayon sakinləri Elnur Babaş oğlu Mustafayev, Yusif Sədiyar oğlu Qasımov, Əhməd Amin oğlu Mikayılov və Turan Şahid oğlu Fərəcov müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.
Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanada gedən təmir işləri ilə əlaqədar olaraq onlar ən yaxın məsafədə olan Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.
Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis Şöbəsində araşdırılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












