Zəvvarlarımızın avtobusu aşdı; 3 nəfər ölüb

Ələt-Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, bu, Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərində gedən zəvvar avtobusu olub. Qəza nəticəsində xeyli zəvvarın yaralandığı bildirilir. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasıma çatdırılıblar.
Fövqəladə Hallar Nazirliyi də Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərinə gedərkən aşan zəvvar avtobusu ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın Nazirliyə istinadla verdiyi məlumata görə, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 07:30-da başa çatıb. Anspress-in verdiyi məlumata əsasən ilkin ehtimala görə, hadisənin baş verməsinə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.
Emin
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










