Ağdam, Füzuli və Xocavənd rayonlarına köçürülənlərin sayı açıqlandı

"İndiyədək Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər əhalinin köçü həyata keçirilib. Orada çalışanları da nəzərə alsaq, hazırda həmin rayonlarda 50 mindən çox insan yaşayır, işləyir və fəaliyyət göstərir".
Avtosfer.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, hədəf 2026-cı ilin sonuna qədər daha 30 min vətəndaşı öz doğma yurdlarına köçürməyi təmin etməkdir: "Sözsüz ki, bu proses davam edəcək. Bu, ilk növbədə Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin tikintisinin başa çatması, həmçinin Füzuli rayonunda daha iki kəndin – Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin yekunlaşması ilə təmin ediləcək".
Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu ilin büdcəsi də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərə dövlət tərəfindən 25 milyard manata yaxın vəsait ayrılıb.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












