Ağdamın Xıdırlı kəndinə daha 24 ailə köçürüldü - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Oktyabrın 31-də yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndində 124 nəfərdən ibarət 24 ailəyə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***13:11
Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə kəndə 24 ailə (124 nəfər) köçürülüb.
***09:07
İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












