Banner

Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL

Sosial 28 Oktyabr 2026 16:11
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
WhatsApp kanalımıza abunə olun

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılmasına hazır olduqlarını açıqlayıb. Bu halda ölkənin bəzi ərazilərinin qeyri-müəyyən müddətə Rusiyanın nəzarətində qalması mümkün olacaq.

Avtosfer.az xəbər verir ki, Zelenski “ABC News”a müsahibəsində Rusiyanın hazırda Ukrayna ərazisinin 20 faizindən bir qədər az hissəsinə nəzarət etdiyini bildirib. O, eyni zamanda, işğal altındakı ərazilərin hüquqi baxımdan Rusiya ərazisi kimi tanınmayacağını vurğulayıb.

Ukrayna son günlər müharibənin mövcud cəbhə xətti üzrə dondurulmasına hazır olduğunu bir neçə dəfə bəyan edib. Bu açıqlamalar Kiyevlə Vaşinqton arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Zelenskini sülhə nail olmaqdan yayınmaqda ittiham edib. Kiyev isə bu ittihamları rədd edərək, indiyədək sülh naminə əhəmiyyətli güzəştlərə getdiyini bildirib.

Rusiya isə müharibənin hazırkı cəbhə xətti üzrə dayandırılması təklifinə qarşı çıxır. Moskva ən azı Donetsk vilayətinin tamamilə öz nəzarətinə verilməsini tələb edir. Hazırda vilayət ərazisinin təxminən 10 faizi Ukrayna ordusunun nəzarətindədir.

Zelenskinin müharibəni mövcud cəbhə xətti üzrə dondurmağa hazır olduğunu bəyan etməsi Ukraynanın hərbi-siyasi strategiyasında hansı dəyişikliklərdən xəbər verir və bu addım Kiyevin ABŞ ilə münasibətlərinə necə təsir göstərə bilər?

Politoloq Rəhiməxanım Mürşüdlü Avtosfer.az-a açıqlamasında bildirib ki, Ukrayna müharibəsi uzandıqca Kiyevin qarşısında duran əsas suallardan biri də ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə dövlətin hərbi, iqtisadi və siyasi dayanıqlığını qorumaq arasında necə tarazlıq yaratmaqdır:

"Prezident Volodimir Zelenskinin müharibəni mövcud cəbhə xətti üzrə dondurmağa hazır olduğunu bildirməsi müharibədən tam hərbi qələbə ilə çıxmaq məqsədindən imtina etmək deyil, hərbi əməliyyatların dayandırılmasını və ölkənin nəzarətində qalan ərazilərin qorunmasını daha real siyasi məqsədlərlə uzlaşdırmaq cəhdi ola bilər.

Bu mövqeyə təsir göstərən əsas amillərdən biri ABŞ-nin Ukraynaya münasibətindəki dəyişikliklərdir. Donald Trampın BMT Baş Assambleyasındakı çıxışında ABŞ-nin resurslarının məhdud olduğunu vurğulaması və Vaşinqtonun xarici siyasət qərarlarını iqtisadi maraqları ilə əlaqələndirməsi

Ukraynaya göstərilən dəstəyin gələcəyi ilə bağlı suallar yaradıb. ABŞ-nin hərbi və maliyyə yardımını azaltması və ya bu dəstəyi siyasi şərtlərlə əlaqələndirməsi Kiyevin müharibəni davam etdirmək imkanlarına birbaşa təsir göstərə bilər. Bununla belə, yardımın azaldılmasının avtomatik olaraq Ukraynanı danışıqlara məcbur edəcəyini söyləmək olmaz. Bu proses həm də Avropanın dəstəyindən, Ukraynanın öz hərbi istehsal imkanlarından və Rusiyanın mövqeyindən asılıdır”.

Politoloq əlavə olaraq qeyd edib ki, ABŞ-nin Ukraynada seçkilərin keçirilməsini də danışıqlar prosesinin bir hissəsi kimi gündəmə gətirməsi mümkündür:

“Trampın Ukraynanın yeni prezidentə ehtiyacı olduğu barədə fikirləri bu Vaşinqtonun siyasi gündəmində yer aldığını göstərir. Lakin seçkilərin keçirilməsi Ukraynanın daxili hüquqi vəziyyətindən, hərbi vəziyyətin davam edib-etməməsindən və təhlükəsizlik şərtlərindən asılıdır. Seçkilərin nəticələrinin danışıqlarda legitimliyi təmin edəcəyi fikri isə ABŞ rəhbərliyinin mümkün siyasi yanaşması kimi qiymətləndirilməlidir. Bunun avtomatik olaraq daha dayanıqlı sülh yaradacağına zəmanət yoxdur".

Türkan Ülvi

Oxunub : 76
ŞƏRH YAZ
Ad

E-mail

Şərh