Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza

Apteklərdə reseptlə satılmalı olan dərmanların həkim təyinatı olmadan alıcılara təqdim edilməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur. Belə hallarda aptekləri cərimə gözləyir. Bəs reseptsiz dərman satışına görə hansı cəzalar nəzərdə tutulub və bu məsələdə məsuliyyət kimin üzərinə düşür?
Avtosfer.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında reseptlə satılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına görə məsuliyyət aptekin üzərinə düşdüyünü bildirib.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 452-ci maddəsinə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışına görə 150 manatdan 250 manatadək cərimə nəzərdə tutulur.
Hüquqşünas qeyd edib ki, bu halda məsuliyyət dərmanı resept tələb olunduğu halda reseptsiz təqdim edən apteklə bağlıdır.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanunun tələblərinə əsasən, həkim resepti ilə buraxılmalı olan dərmanların reseptsiz satılması qadağandır. Bu qaydanın pozulması dərman satışını həyata keçirən apteklər üçün inzibati məsuliyyət yarada bilər.
Beləliklə, reseptlə satılmalı olan dərmanların satışında müəyyən edilmiş qaydalara əməl olunması apteklərin üzərinə düşən əsas öhdəliklərdəndir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA












