Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Paytaxtda yerləşən "Suraxanı bazarı"nın söküntüsünə başlanılıb. Avtosfer.az xəbər verir ki, söküntüyə səbəb sözügedən ərazidən keçən dəmiryolu xəttinin bərpasıdır. Bununla bağlı bir neçə gün öncə ticarətlə məşğul olan şəxslərə xəbərdarlıq edilib. Məsələ ilə bağlı Manset.az "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirilir:
"Dövlət Proqramına əsasən, Yeni Suraxanı–Hövsan və Bakıxanov–Binə–Qala dəmir yolu xətlərinin bərpası işləri çərçivəsində bəzi tikililərin dəmir yolunun mühafizə zonasına düşməsi barədə aidiyyəti üzrə məlumat verilib. Mühafizə zonasında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlarla birgə iş aparılır".
ADY-dən verilən məlumatda qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində Zabrat–Maştağa–Bağlar xəttinin bərpası üzrə də işlər davam etdirilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












