Bakı metrosunda təhlükə? - XƏBƏRDARLIQ

Tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında “Bakı Metropoliteni”nin vaqaolarındakı yeni yanğınsöndürən balonlarla bağlı narahatlığını bölüşüb. O qeyd edib ki, son bir il ərzində metronun bütün vaqonlarında Rusiyadan gətirilmiş yeni yanğınsöndürənlər quraşdırılıb, lakin onların istifadə qaydaları yalnız rus dilindədir.
“Bəs bunlar Fövqəladə Hallar Nazirliyində necə qəbul olunub və sertifikatlaşdırılıb? Birdən yanğın baş versə və onlara təcili ehtiyac olsa? Gənclərin neçəsi rus dilini bilir ki, bir neçə saniyə ərzində başa düşsün?”, - Elçin Əliyev bildirib.
Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni”ndən bildirilib ki, vaqonlarda quraşdırılmış yanğınsöndürən balonlar adi balonlardan fərqli olaraq yüksək söndürmə xüsusiyyətlərinə malikdir və çətin şəraitdə istifadəyə yararlı korpus dizaynına sahibdir:
“Həmçinin, bu balonlar yanğının aşkarlanması və avtomatik söndürülməsi sisteminin tərkib hissəsi olaraq qoşulub və daim maşinist tərəfindən nəzarət olunur. Avadanlıq istehsalçı tərəfindən quraşdırılır və xidmət müddəti 10 ildir”.
Qurumdan qeyd edilib ki, hazırda avadanlığın üzərində istifadə qaydası sxematik formada göstərilib və yaxın gələcəkdə müvafiq məlumatların Azərbaycan dilində yerləşdirilməsi istiqamətində tədbirlər görülür.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












