Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq

"Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dövri iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi və Dünya Bankı arasında yeni layihələrin icrası planlaşdırılır:
"2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olaraq Dünya Bank ilə birgə həyata keçirilən Bakı qrant layihəsinin təşkilini təmin etmişik. Layihənin əsas məqsədi şəhər idarəçiliyinin dəstəklənməsi, ictimai xidmətlərin inkişafı və yaşıl iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texnologiyaların tətbiqidir.
Qrant layihəsi çərçivəsində növbəti mərhələdə Dünya Bankı ilə yeni layihələrin icrası planlaşdırılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün - Böyükşor, Zığ və Xocəsən göllərinin təmizlənməsidir".
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












