Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır

"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır”.
Avtosfer.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov deyib.
O bildirib ki, məqsəd dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır: “Digər məsələ tarixi və mədəni abidələrin qorunmasıdır. Bizim üçün prioritet inteqrasiya olunmuş və səmərəli mobillikdir. Müasir şəhər yaxşı əlaqələndirilmiş və davamlı nəqliyyat sistemi olmadan effektiv fəaliyyət göstərə bilməz. Baş Plan ictimai nəqliyyata, multimodal əlaqəliliyə, tıxacın azaldılmasına və yaşayış, kommersiya və istirahət zonaları arasında daha yaxşı inteqrasiyaya üstünlük verir. Məqsədimiz yalnız mobilliyi yaxşılaşdırmaq deyil, həm də insanların daha az vaxtını yolda keçirdiyi şəhər strukturu yaratmaqdır. Bakı əsrlərin tarixini və mədəniyyətlərarası mübadiləni əks etdirən unikal memarlıq və mədəni irsə malik şəhərdir. Şəhəri modernləşdirərkən onun kimliyinin qorunması əsas məsuliyyətlərimizdən biri olaraq qalır. Buna görə Baş Plan müasir şəhər inkişafı ilə irs mühafizəsi arasında harmoniya yaratmağı, tarixi memarlığı qorumaqla yanaşı innovativ və davamlı inkişafı təmin etməyi hədəfləyir”.
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA












