Benzin sürətlə BAHALAŞIR – Moskvada Aİ-92 və Aİ-95 üç-dörd dəfə yüksəlib

Moskvadakı yanacaqdoldurma məntəqələrində benzinin qiymət artımı kəskin şəkildə sürətlənib. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, 15–19 iyun tarixlərinin yekunlarına görə, Moskva və Moskva vilayətində Aİ-92 və Aİ-95 markalı benzinin qiymət artımı əvvəlki həftələrlə müqayisədə 3–4 dəfə yüksəlib. Daha sürətli bahalaşma Moskva vilayətində qeydə alınıb. Burada yanacağın qiyməti hər litr üçün 3 rubldan çox artıb. Bazar iştirakçıları vəziyyəti belə izah edirlər: müstəqil yanacaqdoldurma məntəqələri yanacaq təklifinin ümumi azalması şəraitində daha bahalı Belarus benzini almağa məcbur qalırlar. Bu da pərakəndə satış qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olur. Aİ-92 markalı benzin 15–19 iyun tarixlərində Moskvada 2,07 rubl bahalaşaraq 1 litr üçün 67,95 rubla yüksəlib. Halbuki əvvəlki dövrdə həftəlik artım 0,1–0,5 rubl arasında dəyişirdi. Moskva vilayətində vəziyyət daha da nəzərəçarpandır.
Bu həftə ərzində:
Aİ-95 benzininin orta qiyməti 3,44 rubl artaraq litr üçün 76,49 rubla çatıb;
Aİ-92 benzininin orta qiyməti 3,87 rubl yüksələrək litr üçün 69,71 rubla çatıb.
Dizel yanacağının qiymətində də ciddi artım qeydə alınıb:
Moskvada dizelin orta qiyməti 1,73 rubl artaraq litr üçün 81,7 rubla yüksəlib;
Moskva vilayətində isə qiymət 3,33 rubl bahalaşaraq litr üçün 82,85 rubla çatıb.
Mütəxəssislərin qeyd etdiyi kimi, bu, mart ayından bəri müşahidə olunan ən böyük qiymət artımıdır.
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ
"Azəriqaz"da yeni struktur yaradıldı, şöbəyə müdir təyin edildi
Azərbaycanda benzin istehsalı artıb
Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz
Bakıda dəyişkən iş qrafikina keçid necə tənzimlənə bilər? – Deputat AÇIQLADI
Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
İş saatlarının dəyişdiriləcəyi ilk qurumlar
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA
İntensiv yağış yağacaq, dolu düşəcək – SABAHIN HAVASI
Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - RƏSMƏN AÇIQLANDI










