Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ

Talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı məsələsinə aydınlıq gətirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, talassemiya xəstəliyinin gen daşıyıcısı olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər.
Belə ki, Əsasnamənin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq, “talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı sayılırlar.
Qeyd edək ki, hərbi xidmətə yararlılıq dərəcələri çağırışçıların sağlamlıq vəziyyətinə uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Talassemiya gen daşıyıcılığı isə mövcud qaydalara əsasən şəxsin hərbi xidmət keçməsinə maneə yaradan hal hesab olunmur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












