Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur - VİDEO

Bakıda yerləşən tuneldə aparılan yeni xətlənmə yolda sıxlığa səbəb olur.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə xətlənmədə edilən dəyişiklik səbəbindən nəqliyyatın hərəkətində ləngimələr yaranır.
Xüsusilə pik saatlarda ərazidə sıxlıq artır və yolda xaotik vəziyyət müşahidə olunur.
Sürücülər də bu zolaqlanmadan narazıdırlar. Onlar deyirlər ki, zolaqlanma əksər sürücülərdə çaşqınlığa səbəb olur. Hətta bəzən qəza şəraiti də yaranır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, əvvəllər "20 Yanvar" dairəsi və Əbdülvahab Salamzadə küçəsi istiqamətindən gələn nəqliyyat vasitələri tuneldən çıxışa doğru dörd zolaqdan iki zolağa daxil olmaq məcburiyyətində qalırdılar. Bu isə həmin hissədə hərəkət zamanı sıxlığa və qəza vəziyyətlərinin yaranmasına səbəb olurdu.
Artıq tunelin həmin hissəsində üç zolaq çəkilərək müvafiq xətlənmə işləri aparılıb və mövcud problem qismən aradan qaldırılıb. Agentlikdən o da bildirilib ki, edilən dəyişiklikdən sonra yolun buraxılış qabiliyyəti 30% artırıb. Lakin tunelin daxilində darboğaz effekti tunelin quruluşuna görə qalmaqdadır.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












