Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz

İnzibati Xətalar Məcəlləsində metropolitendən istifadə qaydalarının pozulmasına görə müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, qaydaları pozan şəxslər törətdikləriinzibati xətanın xarakterindən asılı olaraq 20 manatdan 200 manatadək cərimə oluna bilərlər.
Məcəlləyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə vəplatformalarına, eləcə də eskalatora və vaqonların salonunatullantı atmağa, həmin obyektlərin üzərində yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlarquraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurətolmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 200 manat məbləğində cərimə tətbiq edilir.
Bundan başqa, dəmir yoluna hər hansı əşya atan şəxslər də 200 manat məbləğində cərimə olunurlar.
Qaydalara görə, eskalatordan sürahinin üstünə əşya qoymağagörə isə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Eskalatorun sürahisini çıxarmaq, zərurət olmadan “Stop” açarından istifadə etmək, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, həmçinin vaqonlarda tütünçəkmək, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmaq, qatarın yola düşməsini ləngitmək, özbaşına dəmir yolunadüşmək, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropoliten işçiləriüçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmaq, açıqoddan və pirotexniki qurğulardan istifadə etmək hallarında isə 50 manat məbləğində cərimə tətbiq edilir.
Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinəelektrik işlədicilərini qoşan şəxslər 70 manat məbləğindəcərimə olunurlar.
Həmçinin metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metr məsafədən daha yaxın ərazidə hər hansı əşya yandırmağa görə 100 manat məbləğində cərimə nəzərdə tutulub./ajans.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












