Paytaxt sakinlərinə ŞAD XƏBƏR – Bu ərazilərdə kanalizasiya qurulur

“Son illər Bakının müxtəlif hissələrində mikrotunel layihələrinin uğurla icra olunması sevindirici tendensiyadır. Xüsusilə diqqətçəkən məqam odur ki, bu mürəkkəb və yüksək texnologiya tələb edən işlər artıq yerli şirkətlər tərəfindən həyata keçirilir”.
Avtosfer.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, mikrotunel texnologiyası şəhər mühitində yolların, kommunikasiya xətlərinin və digər mühəndis qurğularının fəaliyyətini minimum məhdudlaşdırmaqla iri diametrli kollektorların çəkilməsinə imkan verir:
“Belə ki, Bakı buxtası boyunca Sahil kollektorunun tikintisi Evrascon, Müşviqabad hövzəsi üzrə layihə North West Construction, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi isə Ensol MMC tərəfindən icra olunur.
Mikrotunel texnologiyası şəhər mühitində yolların, kommunikasiya xətlərinin və digər mühəndis qurğularının fəaliyyətini minimum məhdudlaşdırmaqla iri diametrli kollektorların çəkilməsinə imkan verir. Bu sahədə yerli şirkətlərin təcrübə qazanması və mürəkkəb layihələri uğurla reallaşdırması ölkənin mühəndislik potensialının inkişafının göstəricisidir.
Bu layihələr təkcə yeni infrastrukturun yaradılması deyil, həm də Azərbaycanda müasir yeraltı tikinti texnologiyaları üzrə milli kompetensiyanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












