Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur - VİDEO

Çində saxta yumurta istehsal edilməsi barədə görüntülər sosial şəbəkə istifadəçiləri arasında narahatlıq doğurub. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bu bardə türkiyəli ağarıcı Uğur Önver danışıb.
O bildirib ki, görünüşü həqiqi yumurta ilə birəbir olduğundan alıcıların bu məhsulu həqiqi yumurtadan ayırd etməsi mümkün deyil. Aparıcının sözlərinə görə, bu məhsulun maya dəyəri olduqca aşağı, gətirdiyi qazanc isə kifayət qədər yüksəkdir.
“Əgər 10 min ədəd yumurta istehsalı 100 min lirəyə başa gəlirsə, 10 min ədəd saxta yumurtanın istehsalı cəmi 5 min lirəyə əmələ gəlir. Bu da istehsalatda qiymət fərqinin 20 dəfə az olması deməkdir. Bu yumurtaları da həqiqisi kimi qaynatmaq, qızartmaq və yeməklərə qatmaq mümkündür. Toyuq olmadan sadəcə kimyəvi maddələrlə hazırlanan bu yumurtanın dadı da həqiqi yumurta ilə demək olar ki eynidir”.
Xatırladaq ki, internet mühitində olan saxta yumurta videoları ilə bağlı müxtəlif məlumatlar yer alır. Qeyd edilir ki, bu videolar əslində toy məhsulları, dekorativ yumurtalar, ya da Çin mətbəxinə aid olan “century egg” (əski yumurta konservi) kimi doğranmış yeməklərin hazırlanmasını göstərir. Çinin rəsmi baytarlıq və gömrük orqanları bəzi ölkələrdə belə iddiaların reallığa əsaslanmadığını, Çindən yumurtaların geniş miqyasda saxta olaraq idxal edilmədiyini bildirib. Bildirilir ki, həqiqətən bu cür “süni yumurta”lar olsaydı, içərisindəki kimyəvi maddələr sağlamlıq üçün təhlükəli ola bilərdi. Məsələn, plastik, gipss, parafin kimi maddələr normal qida deyil və onları yemək mədə-bağırsaq problemlərinə və digər zərərlərə səbəb ola bilər.
Bununla Çində bir sıra ərzaq məhsullarının (saxta ət, saxta düyü, saxta kələm) saxtasının istehsal olunduğu bildirilir. Bu da saxta yumurta istehsalının uydurma olması barədə xəbərləri şübhə altına salır.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












