Çimərliklərdə qiymət özbaşınalığı - Kim nəzarət etməli?

Paytaxtətrafı çimərliklərdə mövsümün qızğın çağında müşahidə olunan qiymət siyasəti vətəndaşların haqlı narazılığına və ciddi suallara yol açıb. Sahil boyu yerləşən istirahət mərkəzlərində və pullu çimərliklərdə adi bir masanın qiymətinin həftəiçi 25-30 manat, həftəsonları isə 40-50 manat kimi fantastik rəqəmlərə çatması hər kəsi düşündürür.
Bəs bu qiymətləri tənzimləyən hər hansı dövlət qurumu varmı, sahibkarlar istədikləri rəqəmi tətbiq etməkdə sərbəstdirlərmi və ümumiyyətlə, bu özbaşınalığa nəzarət edən bir mexanizm mövcuddurmu?
Reallıq ondan ibarətdir ki, ölkədə sərbəst bazar iqtisadiyyatı prinsipləri hökm sürsə də, iaşə və xidmət sektorunda, xüsusən də ictimai istifadədə olan sahil zonalarında qiymətlərin tamamilə nəzarətsiz buraxılması və süni şəkildə şişirdilməsi istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir. Vətəndaşların dincəlmək hüququndan istifadə etməsinə mane olan bu süni bahalaşma dalğası aidiyyəti qurumların səssizliyi fonunda daha da vüsət alır.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “Nocomment.az”a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, çimərliklərdə masaların və xidmətlərin qiymətlərinin bu qədər yüksək olması və hər bir obyekt tərəfindən fərdi şəkildə müəyyən edilməsi bazar iqtisadiyyatının qanunları ilə yanaşı, həm də dövlət tərəfindən istehlakçı hüquqlarının qorunması mexanizmlərinin zəif işlədiyini göstərir: "Azərbaycanda sahibkarlıq subyektləri qiymətləri sərbəst şəkildə müəyyən etmək hüququna malikdirlər, lakin bu sərbəstlik heç də vətəndaşların soyulması və ya süni qiymət manipulyasiyası anlamına gəlməməlidir. Çimərliklər və sahil zolaqları ictimai əhəmiyyət daşıyan məkanlardır və orada təqdim olunan xidmətlərin qiyməti göstərilən xidmətin keyfiyyətinə, eləcə də ağlabatan gəlirlilik həddinə uyğun olmalıdır. Lakin təəssüf ki, mövsümi amildən sui-istifadə edən bəzi sahibkarlar heç bir məntiqə sığmayan qiymətlər tətbiq edirlər, çünki ölkədə bu sahəni tənzimləyən və ya qiymət tavanı müəyyən edən xüsusi mexanizm mövcud deyil".
Onun sözlərinə görə, vətəndaşların bu cür özbaşınalıqlarla təkbaşına mübarizə aparması qeyri-mümkündür və burada aidiyyəti dövlət qurumları, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ciddi monitorinqlər həyata keçirilməlidir:
"Əgər obyekt sahibləri heç bir əsaslı xərc artımı olmadan sadəcə tələbatın çoxluğundan istifadə edərək qiymətləri qəsdən şişirdirlərsə, bu, artıq haqsız rəqabət və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İstehlakçılara tövsiyə edirik ki, qiymətlərin həddindən artıq baha olduğu və xidmət səviyyəsinin aşağı olduğu məkanlara boykot tətbiq etsinlər, dövlət səviyyəsində isə ictimai çimərliklərin sayının artırılması və sahibkarların fəaliyyətinə şəffaf nəzarət mexanizmlərinin tətbiqi bu özbaşınalığın qarşısını ala biləcək yeganə real yoldur".
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları göstərdi
Paytaxt üçün təhlükəli saatlar başladı - ƏHALİYƏ XƏBƏRDARLIQ
Zabrat sakinləri yenə işıqsız qalıb, qurumdan reaksiya yoxdur - ŞİKAYƏT
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var










